Almaniya Bundesliqasında 15-ci tur start götürüb. SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Münhenqladbax "Borussiya"sı Dortmund "Borussiya"sını qəbul edib. 6 qollu görüşdə meydan sahibləri inamlı qələbəyə seviniblər - 4:2.
Qeyd edək ki, 31 xalla "Bavariya"nın (14 matç) liderlik etdiyi turnir cədvəlində Dortmund "Borussiya"sı 25 xalla 6-cı, Münhenqladbax "Borussiya"sı isə 22 xalla 7-cidir.
Almaniya Bundesliqası, 15-ci tur
11 noyabr
"Borussiya" (Münhenqladbax) - "Borussiya" (Dortmund) - 4:2
Qollar: Hofmann, 4, Bensebaini, 26, Turam, 30, Kone, 46 - Brandt, 19, Şlotterbek, 40
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB