“Barselona”nın yarımmüdafiəçisi Qavi Qətərdə keçiriləcək dünya çempionatı üçün İspaniya yığmasına çağırılıb. 18 yaşlı futbolçu milli komandanın tarixində dünya çempionatında iştirak üçün çağırılan ən gənc futbolçudur. Bu barədə “Marca” xəbər verir. Bu rekord daha əvvəl 19 yaşından bir ay sonra 2006-cı ildə Qətərdə keçiriləcək dünya çempionatına çağırılan Sesk Fabreqasa məxsus idi.
Qeyd edək ki, Qavi ötən mövsüm "Barselona"nın əsas komandasının oyunlarında iştirak edib. Komandanın heyətində cəmi 66 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.
SİA xatırladır ki dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB