"Yuventus"dan qələbə

"Yuventus" A seriyasında növbəti oyununa çıxıb. SİA xəbər verir ki, Turin təmsilçisi 14-cü turda "Verona" ilə qarşılaşıb. Oyun "Yuventus"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 60-cı dəqiqədə Moyze Kin vurub.

Qeyd edək ki, "Yuventus" hazırda turnir cədvəlində 28 xalla 4-cü, "Verona" isə 5 xalla sonuncu - 20-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə