"Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim "Milan"ı çalışdırdığı dövrdə futbolçu olan və hazırda Fatih Karagümrükün çalışdırıcısı olan Andrea Pirlo ilə də görüşüb. SİA xəbər verir ki, mövzu ilə bağlı sosial media hesabından açıqlama paylaşan 69 yaşlı futbolçu bu ifadələrdən istifadə edib: "İtaliya səfiri cənab Giorgio Marrapodinin mehriban dəvəti ilə İtaliya və Türkiyə arasındakı dostluğu bir daha hiss etdiyim gözəl bir gecə yaşadıq. Cənab Marrapodiyə mükəmməl ev sahibliyinə görə və əməyi olan hər kəsə təşəkkür etmək istərdim. Fiorentinada birlikdə gözəl xatirələr yaşadığımız köhnə dostum Giancarlo Antognoni və onun sevimli həyat yoldaşı Rita Antognoni ilə birlikdə İstanbulda vaxt keçirmək, köhnə günləri xatırlamaq məni çox xoşbəxt etdi. Keçmiş tələbəm və yeni həmkarım hörmətli Andrea Pirlonu görmək və Türkiyə təcrübəsi haqqında danışmaq da çox xoş idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB