Haaland ispan dilini öyrənir

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland ispan dilini öyrənməyə başlayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb. Bildirilib ki, 22 yaşlı norveçlinin atası dəfələrlə futbolçunun İspaniya da daxil olmaqla müxtəlif yüksək səviyyəli çempionatlarda özünü sınamaq planlarını açıqlayıb. "Real" hücumçu üçün əsas potensial namizəd hesab olunur. Lakin “Mançester Siti” futbolçunun ispan dilini öyrənməsinin baş məşqçi Pep Qvardiola ilə daha çox münasibət qurmağa kömək edəcəyini düşünür.

Qeyd edək ki, Erlinq Haaland bu mövsüm "Mançester Siti" ilə bütün yarışlarda 17 matçda 23 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə