Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hakimlərimiz 2024-cü ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinin 12-ci qrupunda keçiriləcək Slovakiya – Almaniya qarşılaşmasını idarə edəcəklər.
Matç noyabrın 9-da Slovakiyanın Levice şəhərində baş tutacaq. Qarşılaşmanın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB