“Liverpul” Londondan Salahın qolları ilə qalib ayrılır

“Liverpul” Londondan Salahın qolları ilə qalib ayrılır

İngiltərə Premyer Liqasının 15-ci turunda “Liverpul” səfərdə “Tottenhem”in qonağı olub. SİA xəbər verir ki, qarşılaşmaya qonaqlar fəal başlayıblar. 11-ci dəqiqədə M.Salah hesabı açıb. 40-cı dəqiqədə misirli futbolçu özünün və komandasının ikinci qolunu vurub.

“Tottenhem” ikinci hissədə H.Keyninin qolu ilə hesabı minimuna endirsə də, bundan artığına gücü çatmayıb.

Xallarının sayını 19-a çatdıran “Liverpul” səkkizinci pilləyə yüksəlib. “Tottenhem” isə 26 xalla dördüncü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə