Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Azərbaycanın iki taekvondoçusu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində çempion olub. Federasiyadan SİA-ya verilən məlumata görə, 27 kq çəki dərəcəsində Sabir Məmmədli və 30 kq-dakı Nazim Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

Onlar yarışda baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında mübarizə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə