Yurgen Klopp “Atletico”nun oyunçusunu istəyir

Yurgen Klopp “Atletico”nun oyunçusunu istəyir

Qış transfer pəncərəsində "Liverpul" orta xətti gücləndirmək istəyir. Fichajes xəbər verir ki, Premyer Liqa nəhəngləri “Atletico” Madriddən yarımmüdafiəçi Markos Llorenteni heyətinə qatmaq istəyir. Mənbənin məlumatına görə, “qırmızı-qaralar”ın baş məşqçisi Yurgen Klopp 27 yaşlı futbolçunu şəxsən öz komandasında görmək istəyir.

Verilən xəbərlərdə “Atletiko”nun Markos Llorentenin transferinə açıq olacağı qeyd edilir. Madrid klubu avrokuboklardan erkən ayrıldıqdan sonra büdcəni doldurmaq niyyətindədir.

Qeyd edək ki, yanvar ayında Marcos Llorentenin 28 yaşı tamam oldu.

Nüfuzlu transfermarkt portalının mütəxəssisləri futbolçunu 40 milyon avro dəyərləndirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə