Bakıda keçirilən dünya kubokunda Yunan-Roma güləşi üzrə Azərbaycan millisi finala vəsiqə qazanıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan - dünya yığması görüşü 5:5 hesabı ilə başa çatsa da, fərdi qarşılaşmalarda toplanan xallara görə milli komandamız qələbə qazanaraq B qrupunun qalibi oldu.
Yığma qızıl medal uğrunda İran kollektivi ilə üz-üzə gələcək. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB