Yussuf Mukoko rekorda imza atıb.

Dortmund "Borussiya"sının futbolçusu Yussuf Mukoko Bundesliqada rekorda imza atıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, buna turnirin 13-cü turunda "Bohum"la hazırda davam edən matçda dubl etməklə nail olub. Nəticədə Mukoko yerli çempionatda vurduğu qolların sayını 11-ə yüksəldib. 17 yaş 350 günlüyündə olan futbolçu 10 qol səddinə çatan ən gənc oyunçu adını qazanıb.

Qeyd edək ki, hazırda davam edən görüşdə "Borussiya" Dortmund 3:0 hesabı ilə qalib gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə