MOK-un 30 illik yubileyinə həsr olunmuş mükafatlandırma mərasimi keçirilib - YENİLƏNİB - FOTOLAR

MOK-un 30 illik yubileyinə həsr olunmuş mükafatlandırma mərasimi keçirilib - YENİLƏNİB - FOTOLAR

Dünən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının təntənəli bağlanış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbir zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması ilə yanaşı həm də festivalın qonaqları və partnyorlarının çıxışları və musiqili proqram planlaşdırılıb.

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalına 01.07.22 tarixində start verilib. Bu gündən etibarən yarışmaya qatılmaq istəyən müəlliflər və təşkilarlar öz filmlər, proqramlar, reklam çarxları və musiqili kliplərini festivalın təşkilat komitəsinin ünvanına göndərməyə başlayıb. Özündə idman və mədəniyyət xadimlərini birləşdən İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının münsiflər heyəti ümümilikdə 50-yə yaxın film, proqram, promoçarx, reklam çarxı və musiqi kliplərindən 4 nominasiya üzrə qalıbləri seçib. Bu haqda müvafiq protokollar imzandı və festivalın münsiflər heyətinin sədri Olimpiya Çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Vitse-Prezidenti Zemfira Meftahətdinova tərəfindən təsdiqlənib. Onu da qeyd edək ki, festivalın rəsmi youtube kanalında tamaşaçı səsverməsi aparılıb və onun nəticələri də münsiflər heyəti tərəfindən nəzərə alınıb.

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının təntənəli bağlanış mərasimi zamanı bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunub. Mükafatlandırma mərasimi Festivalın Məğrur Tərəfdaşı AZTV və AZTV İdman kanallarında yayımlanıb.

Xatırladaq ki, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə