Sərbəst güləş üzrə 100-ə yaxın idmançı mübarizə aparıb - FOTOLAR

Sərbəst güləş üzrə 100-ə yaxın idmançı mübarizə aparıb - FOTOLAR

Ağcabədi Olimpiya İdman Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 100-ə yaxın idmançı mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan yarışın sonunda ayrı-ayrı çəki dərəcələrində I, II, III yerləri tutan idmançılara diplom və medallar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə