Türkiyə Superliqasında 13-cü tur başladı

Türkiyə Superliqasında 13-cü tur başladı

Türkiyə Superliqasında 13-cü tura start verilib. SİA xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. “Kasımpaşa” doğma meydanda “Ankaragücü” ilə bərabərə qalıb - 1:1. “Ümraniyespor” isə evdə “Alanyaspor”a 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnir cədvəlinə 26 xalla (11 oyun) "Fənərbaxça" başçılıq edir. "Başakşehir" 23 xalla (11 oyun) 2-ci, "Adana Demirsor" 23 xalla (12 oyun) 3-cüdür.

4 noyabr

"Kasımpaşa" – "Ankaragücü" - 1:1
Qol: Koyta, 58 – Xaçicovanis, 85

"Ümraniyespor" – "Alanyaspor" - 3:1
Qol: Nayir, 21, 70, Geraldo, 38 – Eduardo, 56

Bütün xəbərlər Facebook səhifəmizdə