MOK-un 30 illik yubileyinə həsr olunmuş mükafatlandırma mərasimi keçirilir - YENİLƏNİR -FOTOLAR

MOK-un 30 illik yubileyinə həsr olunmuş mükafatlandırma mərasimi keçirilir - YENİLƏNİR -FOTOLAR

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş Milli Televiziya İdman Filmləri və Proqramları Festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilir. SİA xəbər verir ki, festival ölkədə yeganə və iştirakçıların sayına görə ən böyük, milli miqyasda əlamətdar mədəniyyət və idman tədbiridir.

Mükafatlandırma mərasimində dövlət rəsmiləri, MOK-un, idman federasiyalarının, festivalın rəsmi tərəfdaşları olan dövlət və müstəqil telekanalların rəhbərləri, olimpiya çempionları və tanınmış idmançılar iştirak edirlər.

Mükafatlandırma mərasimində 4 nominasiya üzrə qaliblərə mükafatlar, münsiflər heyətinin və festivalın təşkilat komitəsinin xüsusi mükafatları təqdim olunacaq. Həmçinin, tədbirdə mədəniyyət xadimlərinin çıxışları planlaşdırılıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə