Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu

Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, "Milan"ının hücumçusu Olivye Jiru bu ada layiq görülüb.

36 yaşlı forvard səsvermədə "Real"dan Federiko Valverde, "Leyptsiq"dən Kristofer Nkunku və "Barselona"dan Ferran Torresi qabaqlayıb.

Qeyd edək ki, Olivye Jiru evdə "Zaltsburq"a 4:0 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə