Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gənclər Fondunun birgə təşkilatçılığı ilə noyabrın 22-də Tovuz rayonunda Gənc Sahibkarların lll Forumu keçiriləcək. SİA Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, forumun keçirilməsində məqsəd gənc sahibkarları mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, yeni imkanlar və çağırışlar barədə fikir və təklifləri müzakirə etməkdir.
Forumda iştirak etmək istəyənlər noyabrın 10-dək https://forms.gle/QUrLMpBcypmikXmH6 linkdə göstərilən anket-formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB