"Mançester Yunayted" "Betis"lə qarşılaşacaq

"Mançester Yunayted" "Betis"lə qarşılaşacaq

"Mançester Yunayted" DÇ-2022-yə görə yaranmış fasilə zamanı yoxlama oyunu keçirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi İspaniya "Betis"i ilə qarşılaşacaq. Matç dekabrın 10-u Sevilya şəhərində keçiriləcək.

Qeyd edək ki, Qətərdə təşkil olunacaq DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə