"Selta"da yeni baş məşqçi

Eduardo Koudetli istefaya göndərən "Selta"nın (İspaniya) yeni baş məşqçisi müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə La Liqa təmsilisinin rəsmi saytı məlumat yayıb. Komandanı Karlos Karvalyal çalışdıracaq. 56 yaşlı mütəxəssislə 2024-cü ilədək müqavilə imzalanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Karvalyal son olaraq Səudiyyə Ərəbistanının "Əl-Vəhda" komadasına baş məşqçilik edib.

Əlavə edək ki, "Selta" hazırda La Liqada 11 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə