Frenki de Yonq “Barselona”da qalır

Frenki de Yonq “Barselona”da qalır

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq gələn il komandanı tərk etmək fikrində deyil. “Mavi qranatlar” “Çelsi” və “Mançester Yunayted”lə maraqlanan 25 yaşlı futbolçunu satmaqdan çəkinməzdi, lakin hollandiyalının özü hər hansı transferdən bir daha imtina edəcəyini deyib.

SİA xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl qış transfer pəncərəsində De Yonqun agentləri ilə əlaqə saxlayan “Liverpul”a transfer ediləcəyi bildirilmişdi.

Xatırladaq ki, Frenki de Yonq "Barselona"ya 2019-cu ilin yayında “Ayaks”dan keçib. Bu mövsüm yarımmüdafiəçi İspaniya çempionatında və Çempionlar Liqasında 15 matçda 1 qol vurub.

Onu da xatırladaq ki, tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ildə başa çatacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə