"Barselona"nın vitse-prezidenti Rafa Yuste baş məşqçi Xavinin kluba kuboklar qazandıracağına əmindir.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, o, "Mundo Deportivo"ya açıqlamasında Xavinin "Barselona" üçün vacib məşqçi olduğunu deyib:
“Xavi burada böyümüş inanılmaz məşqçidir. O, "Barselona"nın oyunçusu olmağın nə demək olduğunu çox yaxşı bilir. Onun getdikcə inkişaf edən heyəti var. Əminəm ki, Xavi "Barsa"ya lazım olan kubokları qazandıracaq. Qələbələr və titullar üçün mübarizə aparacağıq.
"Barselona" həmişə qalib gəlmək istəyən komandadır. Hər halda, azarkeşlər üçün hər şeyi verməliyik. Hər dəfə stadionda göstərdiyimiz inanılmaz dəstəyə görə azarkeşlərə bir daha təşəkkür etmək istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB