"Fənərbağça"nın baş məşqçisi Xorxe Jesusun çıxışı Portuqaliya mətbuatı tərəfindən diqqətlə izlənilir. SİA xəbər verir ki, “İstanbulspor”a 5:2 hesabı ilə qalib gələn Portuqaliya mətbuatı İsa və “Fənərbağça”nı manşetlərə daşıyıb.
Rəqiblərindən 1 oyun az oynamasına baxmayaraq liderlik kürsüsündə 3 xal öndə olan “Fənərbağça”nın “zirvədəki yerini möhkəmləndirdiyini” vurğulayan Portuqaliya mətbuatı “İsa zirvədə yata bilər” ifadəsini işlədib.
Xəbərdə bu şərh yer alıb: "Qol sayından da anlaşılacağı kimi, het-trik edən Batşuayinin ruhlandırdığı matçda portuqaliyalı çalışdırıcının komandası asanlıqla qalib gəldi və bütün liqaya nəzarət etdi. Xorxe Jesus meydançada rahat yata bilər. Türkiyə çempionatında 26 xalla təcrid olunmuş liderdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə