Bosniya və Herseqovina və Rusiya futbol komandaları arasında yoldaşlıq oyunu ləğv edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Bosniya və Herseqovina Futbol İttifaqı əvvəlcədən planlaşdırılan matçdan imtina etdiyini açıqlayıb.
...Birliyin icraiyyə komitəsinin bu gün keçirilən iclasında görüşün təxirə salınmasına qərar verilib. Prezident Viko Zeljkovic oyunun qeyri-müəyyən müddətə təxirə salınacağını söyləyib.
Bu birliyin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, bundan əvvəl rusların noyabrın 19-da Sankt-Peterburqda Bosniya və Herseqovina millisi ilə oynayacağı bildirilirdi. Lakin bir sıra bosniyalı futbolçuların ruslara qarşı oynamaq istəməməsi səbəbindən bu görüşün keçirilməsi perspektivi sual altında qalıb.
...Necə deyərlər, “oğlum oğul olsun, ona tapılmayan elə...qız olsun”.
Bu arada Rusiya yığması da Bosniya və Herseqovinanın acığına... Düşənbənin 20 min tamaşaçı tutumuna malik Mərkəzi Respublika Stadionunda... Tacikistan yığması qarşılaşacaq.
...yana-yana qalın a...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB