Oktyabr ayının 30-da Kürdəmir Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr edilmiş Yunan-Roma və sərbəst güləş üzrə qrup mərhələsinin yarışları keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət etmişlər. Silsilə tədbirlərin davamı olaraq 15 rayon komandalarının iştirakı ilə qrup mərhələsinin oyunları keçirilmişdir.Yarışı Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli açmış, qonaqları salamlayaraq, yarış qaydaları barədə məlumat vermişdir.Azərbaycanın Dövlət himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Yarışda “C” qrupunda Yunan – Roma güləşi üzrə Ağcabədi, Lerik, Bərdə, Cəlilabad, Sabirabad, Beyləqan, Füzuli, Hacıqabul və Kürdəmir komandaları 67, 72 və 77 kq çəki dərəcələrində, “İ” qrupunda isə Sərbəst güləş üzrə Şirvan, Salyan Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Beyləqan, Xocavənd, İsmayıllı və Kürdəmir komandaları 65,70 və 74 kq çəki dərəcələrində öz güclərini sınamışlar.
Gərgin keçən mübarizə şəraitində Yunan – Roma güləşi üzrə 67 kq çəki dərəcəsində Hacıqabul rayonunun güləşçisi Həsənli Mirsirac I ci yerə, 72 kq çəki dərəcəsində Beyləqan rayonunun güləşçisi Mehdiyev Cəsur I yerə, 77 kq çəki dərəcəsində Füzuli rayonunun güləşçisi Əlizadə Vüsal I yerə çıxmışdır. Sərtbəst güləş üzrə isə 65 kq çəki dərəcəsində Şirvan şəhərinin güləşçisi Abdullayev Əliağa I yerə, 70 kq çəki dərəcəsində Salyan rayonunun güləşçisi Nağızadə Samir I yerə, 74 kq çəki dərəcəsində Hacıqabul rayonunun güləşçisi Mehdiyev Fərid I yerə çıxmışdır.
I yeri tutmuş güləşçilər Bakı şəhərində keçiriləcək növbəti final mərhələsinə vəsiqə qazanmışlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB