“Fənərbağça”da Villian Arao “İstanbulspor”a 5:2 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb. SİA xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Düşünürəm ki, yaxşı oyun göstərdim. Ötürmələrdə səhvlər etdim, amma belə şeylər ola bilər. Oyunun böyük hissəsində müdafiədə sərt imic nümayiş etdirdik. Komanda olaraq yaxşı oynadıq. Ən əsası 3 xal əldə etdik".
Liqada 34 qol vurduqlarını xatırladan Arao, "Bunun üçün xoşbəxtik. Çoxlu mövqelərə girmək və qol vurmaq üçün çox çalışırıq. Eyni zamanda müdafiədə də güclü və sərt komanda olmaq istəyirik. Bu ikisini bir araya gətirdiyimiz zaman hər gün daha güclü komandaya çevrilirik. Ümid edirəm ki, mövsümün sonunda çempion olacağıq" dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB