“Flamenqo” üçüncü dəfə “Libertadores” kubokunu qazanıb

“Flamenqo” üçüncü dəfə “Libertadores” kubokunu qazanıb

Braziliyanın "Flamenqo" futbol klubu “Libertadores” kubokunun qalibi olub. SİA xəbər verir ki, Ekvadorun Quayakil şəhərində baş tutan finalda komanda Braziliyanın “Atletiko Paranaense” klubuna 1:0 hesabı ilə qalib gəlib.

İlk hissəyə əlavə olunan dördüncü dəqiqədə “Flamenqo”nun heyətində Qabriel Barbosa fərqlənib. 43-cü dəqiqədə “Atletiko Paranaense”nin müdafiəçisi Pedro Enrike ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, “Flamenqo” tarixində üçüncü dəfə “Libertadores” Kubokunu qazanıb, bundan əvvəl Rio-de-Janeyro komandası 1981 və 2019-cu illərdə kuboka sahib olub.

"Atletiko Paranaense" heç vaxt turnirin qalibi olmayıb, 2005-ci ildə Kuritiba klubu "San Paulo"ya məğlub olduğu (0:4) "Libertadores" Kubokunun finalçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə