İngiltərə Premyer Liqasında XIV tur davam edir. SİA xəbər verir ki, günün maraqlı qarşılaşmalarından birində “Tottenhem” “Bornmut”a qonaq olub.
Meydan sahibləri matçda 2 top fərqi ilə önə keçsələr də, sonradan toparlanan “Tottenhem” yekunda qələbə qazanmağı bacarıb – 2:3.
“Brayton” – “Çelsi” görüşüdə maraqlı və prinsipial alınıb. Belə ki, birincilərin baş məşqçisi Qraham Potter bir müddət öncə komandasını tərk edib “Çelsi”yə keçdiyi üçün azarkeşlər onu və londonluları aqressiya ilə qarşılayıblar. Elə köhnə komandası da Potterə xoş davranmayıb. “Brayton” qonaqlarını darmadağınla yola salıb – 4:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB