"Yuventus" səfərdə 3 xal qazandı

"Yuventus" səfərdə 3 xal qazandı

"Yuventus" İtaliya A seriyasının 12-ci turunda səfərdə "Leççe"yə 1:0 hesabı ilə qalib gəlib.

SİA APA-ya istinadən xəbər verir ki, yeganə qolu 73-cü dəqiqədə Fadjoli vurub.

"Leççe" - "Yuventus" - 0:1
Qol
: Fadjoli, 73

Bu nəticədən sonra xalını 22-yə (12 oyun) yüksəldən Turin təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Siyahıya 32 xalla (12 oyun) "Napoli" başçılıq edir. "Milan" 26 xalla (11 oyun) 2-ci, "Latsio" 24 xalla (11 oyun) 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə