“Barselona” Rafinyanın oyunundan narazıdır

“Barselona” Rafinyanın oyunundan narazıdır

“Barselona” cinah hücumçusu Rafinyanın aşağı performansından narazıdır. Bu barədə “Sport.es” məlumat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu günə kimi 25 yaşlı braziliyalı bütün yarışlarda 14 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə edib.

Qeyd edilir ki, futbolçunun Çempionlar Liqası oyunlarında bir dənə də olsun effektiv hərəkəti diqqət çəkməyib.

Və kataloniyalılar da bundan narazıdırlar. Məhz buna görə də hazırda cinah oyunçusunun oyun vaxtını xeyli azaldılıb. Yeri gəlmişkən bildirək ki, Rafinya keçən yay “Barselona”ya “Lids”dən keçib.
Və onun transfer məbləği 58 milyon avro təşkil edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə