Meksikanın "UNAM Pumas" klubunun müdafiəçisi Dani Alveş "Barselona"nın ikinci komandası sayılan "Barselona "Atletik"də məşq edir. SİA xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin saytı məlumat yayıb.
39 yaşlı Alveş Meksika Liqasındakı mövsümü oktyabrın 1-də başa vurub. Ona görə də noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatı öncəsi oyunçu özünü formada saxlamaq üçün bu addımı atıb.
Alveş dünyanın ən titullu futbolçusudur. "Sevilya", PSJ, "Yuventus" və "Barselona"nın keçmiş oyunçusunun kuboklar kolleksiyasında 30-dan çox mükafat var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB