“Barselona” indi də “Çelsi”nin yarımmüdafiəçisi N'Qolo Kante ilə maraqlanır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Relevo” məlumat yayıb.
Qeyd edək ki, Kataloniya klubu cari mövsümün sonunda müqaviləsi başa çatacaq yarımmüdafiəçi Serxio Buskets üçün fəal şəkildə əvəzedici axtarır. Mətbuatda yayılan xəbərlərə görə, futbolçu karyerasını MLS-də davam etdirəcək. Xatırladaq ki, Kante də London klubu ilə müqaviləsini 2023-cü ilin yayında bitirir.
...“Barselona” İspaniya Liqasında 11 turdan sonra 28 xalla ikincidir. Qarşıdakı turda “Mavi qarnet”lər səfərdə “Valensiya” ilə görüşəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB