"Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

"Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək.

Rəqibindən bir matç az keçirən Tovuz klubu 10 xalla 7-ci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 4 xalla sonuncu - 10-cu sıradadır.

Komandalar indiyədək Premyer Liqada bir dəfə üz-üzə gəliblər. Birinci dövrəyə təsadüf edən görüşdə hesab açılmayıb.

Azərbaycan Premyer Liqası

XII tur

15:00. "Turan Tovuz" - "Sumqayıt"

Tovuz şəhər stadionu.

Qeyd edək ki, XII turun "Kəpəz" - "Səbail", "Zirə" - "Neftçi" görüşləri oktyabrın 29-da, "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları oktyabrın 30-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə