UEFA Avropa Liqasının qrup mərhələsində V tura start verilib. SİA-nın məlumatına görə, hələlik A, B, C, D və F qruplarında ümumilikdə 8 görüş baş tutub.
Bu matçlardan sonra daha 2 komanda pley-offa adlayıb. A qrupunda Niderlandda İngiltərə "Arsenal"ına 2:0 hesabı ilə qalib gələn PSV və İsveçdə "Malmö"nü eyni hesabla məğlub edən Belçika "Yunion"u adını növbəti mərhələyə yazdırıb.
UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
27 oktyabr
A qrupu
20:45. PSV (Niderland) - "Arsenal" (İngiltərə) - 2:0
20:45. "Sürix" (İsveçrə) - "Budö Qlimt" (Norveç) - 2:1
Xal durumu: "Arsenal" - 12, PSV - 10, "Budö Qlimt" - 4, "Sürix" – 3
B qrupu
20:45. AEK (Larnaka, Kipr) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:3
20:45. "Fənərbağça" (Türkiyə) - "Renn" (Fransa) - 3:3
Xal durumu: "Fənərbaxça" – 11, "Renn" - 11, AEK – 4, “Dinamo” - 1
C qrupu
20:45. "Lüdoqorets" (Bolqarıstan) - "Betis" (İspaniya) - 0:1
23:00. HİK (Finlandiya) - "Roma" (İtaliya)
Xal durumu: "Betis" - 13 (5 oyuna), "Lüdoqorets" - 7 (5 oyuna), "Roma" - 4, HİK - 1
D qrupu
20:45. "Malmö" (İsveç) - "Yunion" (Belçika) - 0:2
20:45. "Yunion" (Berlin, Almaniya) - "Braqa" (Portuqaliya) - 1:0
Xal durumu: "Yunion" - 13, "Yunion" (Berlin) - 9, "Braqa" - 7, "Malmö" - 0
F qrupu
20:45. "Latsio" (İtaliya) - "Midtüllan" (Danimarka) - 2:1
23:00. "Şturm" (Avstriya) - "Feyenoord" (Niderland)
Xal durumu: "Latsio" - 8 (5 oyuna), "Feyenoord" - 5, "Midtüllan" - 5 (5 oyuna), "Şturm" - 5
Qeyd edək ki, daha əvvəl Türkiyənin "Fənərbağça", İngiltərənin "Arsenal", Fransanın "Renn", Almaniyanın "Frayburq", İspaniyanın "Betis" və "Real Sosyedad" klubları qrupdan çıxmağı təmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB