"Bavariya" "Mançester Siti"nin futbolçusu İlkay Gündoğanı transfer etməyi planlaşdırır.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Münhen təmsilçisi artıq 32 yaşlı yarımmüdafiəçinin menecerləri ilə danışıqlara başlayıb.
İlkay 2023-cü ilin yanvar ayından etibarən klublarla rəsmi danışıqlar aparmaq hüququna sahib olacaq. Onun "şəhərlilər"lə müqaviləsi isə 2023-cü ilin iyununa qədərdir.
Qeyd edək ki, İlkay bu mövsüm Premyer Liqada 9 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.
Xatırladaq ki, "Barselona" da növbbəti yay transfer pəncərəsində türk əsilli alman oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB