“Yuventus” klubu UEFA Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra baş məşqçi Massimiliano Alleqrini istefaya göndərməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, Turin təmsilçisinin rəhbərliyi ən azı 2022-ci il dünya çempionatına qədər 55 yaşlı mütəxəssisi istefaya göndərməyəcək. Fasilə zamanı klub baş məşqçinin fəaliyyətini qiymətləndirəcək.
"Qoca sinyora" qrup mərhələsinin 5-ci turunda “Benfika”ya uduzaraq (3:4), Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq şanslarını itirib.
“Yuventus” İtaliya çempionatında 11 oyundan sonra 19 xalla səkkizinci yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB