“Milan” “Dinamo”nu Zaqrebdə darmadağın etdi

“Milan” “Dinamo”nu Zaqrebdə darmadağın etdi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tur oyununa çıxb. SİA xəbər verir ki, Zaqreb təmsilçisi bu dəfə evdə İtaliya nəhəngi "Milan"la qarşılaşıb. "Maksimir" stadionundakı görüş "Milan"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli bir neçə gün əvvəl virusa yoluxsa da, onun adı ehtiyat oyuçular sırasında olub. Lakin 25 yaşlı hücumçu meydana çıxmayıb.

Bu qrupun digər oyununda "Çelsi" "Zalsburq"dan üstün olub və 1/8 finala adlayıb.

Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur

25 oktyabr

E qrupu

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya) - 0:4

Qollar: Qabbia, 39, Leau, 49, Jiru, 59-pen; Lyubiçiç, 69-avtoqol.

20:45. "Zalsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2

Qollar: Kovaçiç, 23 (0:1), Adamu, 49 (1:1), Havertz, 64 (1:2)

Xallar: "Çelsi" - 10, "Milan" - 7, "Zalsburq" - 6, "Dinamo" - 4

Bütün xəbərlər Facebook səhifəmizdə