- Çempionlar Liqasında baş verənlərdən sonra bütün diqqətinizi La Liqada qalib gəlməyə yönəldəcəyinizi dediniz. Sizcə, bu məqsədə çatmaq olarmı? Daha bir mövsüm kuboksuz keçəcəyindən qorxmursunuz?
- “Barselona” Çempionlar Liqasını və “Klassiko”nu uduzmasına baxmayaraq, La Liqanı qazanmaq haqqında düşünməlidir. Rəqabət ciddidir. Mən artıq Kral Kubokunu qazanmışam - bu, yaxşı xatirədir, yenidən qalib gəlmək əla olardı. Bütün kubokları qazanmağa çalışmalısan. Əminəm ki, bu mövsüm yaxşı çıxış etməyə davam etsək, uğur gələcək. Biz çox çalışmalıyıq.
- “Klassiko”da “Real Madrid”in işinizi asanlaşdırmayacağı aydındı. La Liqada qələbəni “Real Madrid”dən qoparmaq olarmı?
- Bəli. Keçən mövsüm zəif dinamikaya baxmayaraq, onları məğlub etdik. İndi heyətimiz daha yaxşıdır, yaxşı transferlər etdik. Və biz “Real Madrid”ə qalib gələ bilərik, əminəm”, -deyə Pedri bildirib.
Xatırladaq ki, La Liqa cədvəlində 11 turdan sonra "Real Madrid" liderlik edir, kataloniyalılar isə 3 xal geridədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB