İspaniya millisinin və kataloniyalı “Barselona”nın sabiq yarımmüdafiəçisi, hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Andres İnyesta “mavi qranat”ın düşərgəsinə qayıtmaq niyyətində olduğunu açıqlayıb.
“Barselona”dakı oyunçu mərhələsi mənim üçün bitdi. Onların istedadlı gəncləri ilə yarışmaq mənim üçün onsuz da real deyil. “Barselona”ya məşqçi və ya idman direktoru kimi qayıtmaq istəyirəm. SİA bu barədə rus saytlarına istinad edir.
Xatırladaq ki, İnyesta 2002-2018-ci illərdə Kataloniya komandasının rənglərini qoruyub. “Barselona” ilə birlikdə doqquz dəfə La Liqa və dörd dəfə Çempionlar Liqasının qalibi olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB