Modriçin son böyük yarışı...

Xorvatiya millisinin və "Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç Qətərdəki dünya çempionatından sonra böyük turnirlərdə oynayacağını gözləmədiyini etiraf edib.

Qeyd edək ki, 37 yaşlı futbolçu həm çempionatlarda, həm də millidə əsas rol oynayır, lakin artıq millidən qaçılmaz şəkildə getməyə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, Dünya Kubokunun rəsmi saytı ulduz yarımmüdafiəçidən sitat gətirir: “Mən futbol üçün böyük yaşda olduğumu bilirəm və Qətərdəki dünya çempionatının Xorvatiya milli komandasındakı son böyük yarışım olduğu da aydındır".

Xatırladaq ki, Luka Modriç ölkəsinin heyətində 154 oyun keçirib, 23 qol vurub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə