Azərbaycanın U-17 komandası Ukrayna yığması ilə qarşılaşıb

Azərbaycanın U-17 komandası Ukrayna yığması ilə qarşılaşıb

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 24-də Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın Kakanj şəhərində keçirilən Ukrayna-Azərbaycan oyunu 5:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Millimizin qollarını 77-ci dəqiqədə Hüseyn Hüseynov və 83-cü dəqiqədə penaltidən Murad Məmmədov vurub.

Komandamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 27-də Lixtenşteyn yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə