Rusiyanın FİFA-dan tamamilə qovulması ehtimalı var

Rusiyanın FİFA-dan tamamilə qovulması ehtimalı var

Rusiya baş nazirinin müavini Dmitri Çernışenko prezident Vladimir Putinə ölkənin FİFA-dan tamamilə kənarlaşdırılma təhlükəsi barədə məruzə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Komsomolskaya Pravda” yayıb.

Çernışenko hökumətlə Rusiya Futbol İttifaqı arasında Rusiyanın yeni subyektləri ilə bağlı müqavilələrdən danışıb. Belə ki, yeni ərazilərin Rusiya futboluna inteqrasiyası planlaşdırılır.

“...Biz Rusiya Futbol İttifaqı ilə razılaşdıq ki, müntəzəm futbol çempionatlarımıza yeni ərazilərlə birləşdirək. Buna görə də, bütün bunlar regionların özlərini tamhüquqlu rus iştirakçıları kimi hiss etmələri üçün edilir”, - deyə Çernışenko bildirib.

Qeyd edək ki, Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukovun fikrincə, belə bir addım Rusiyanın FİFA-dan tamamilə kənarlaşdırılması təhlükəsi yaradır.

“...Krım klubları Milli Futbol Liqasına qoşulsa, FİFA Rusiya Futbol İttifaqını təşkilatdan xaric edə bilərmi? Təbii ki, bu, FİFA-nın qərarıdır. Biz hesab edirik ki, bunun üçün heç bir səbəb yoxdur. Ancaq... bu vəziyyətdə hər şey mümkündür”.

Qeyd edək ki, Dyukov jurnalistlərlə son görüşdə bildirib bunları.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə