Korkmaz istefa verdi

Türkiyə Superliqası təmsilçisi "İstanbulspor"un baş məşqisi Osman Zeki Korkmaz istefa verib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onun istefa ərizəsi rəhbərlik tərəfindən qəbul edilib.

Qeyd edək ki, "İstanbulspor" O.Z.Korkmazın rəhbərliyi altında Superliqada bu mövsüm meydana çıxdığı 10 matçda 2 qələbə qazanıb, 2 heç-heçə edib, 6 dəfə uduzub. Komanda hazırda turnir cədvəlində 8 xalla 19 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə