"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi "Korendon Alanyaspor"la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra hakim Ala Palabıyıka sərt reaksiya verib. SİA xəbər verir ki, Mauro İkardi bunları deyib: "Yaxşı başladıq, qolları tapdıq. 30-cu dəqiqədə hakimin səhvi ucbatından. Mən belə düşünürəm. Bu qərardan sonra matça nəzarəti itirdik" dedi.
Argentinalı ulduz həmçinin bildirib: "10 oyunçu ilə 60 dəqiqə qazanmaq asan deyil. Bunu ötən həftələrdə yaşadıq. Niyə hakimlər həmişə bizə qarşı səhvlər edir?".
Mauro İkardi "Qalatasaray" forması altında "Korendon Alanyaspor"a qarşı 1 qol və 1 məhsuldar ötürmə ilə ilk hesab töhfəsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB