Xavi Frankie de Yonqun güclü tərəflərini qeyd edir
"Barselona”nın baş məşqçisi Xavi Ernandes komandasının futbolçusu Frenki de Yonqun güclü tərəflərindən danışıb. İspan mütəxəssis hollandiyalı yarımmüdafiəçiyə rəğbət bəslədiyini etiraf edərək, onun böyük potensiala malik olduğunu qeyd edib.
SİA-nın əldə etdiyi məlumata görə, daha əvvəl yarımmüdafiəçi ilə “Liverpul”, “Çelsi” və “Mançester Yunayted”in də maraqlandığı bildirilirdi.
“...O, yarımmüdafiədə çox yaxşıdır, lakin hücumda daha yaxşıdır,.. zonaya daxil olur və son ötürməni necə edəcəyini bilir. Frankie ötən gün əla matç keçirdi və belə də davam etməlidir “-deyə Cavi bildirib.
Xatırladaq ki, bu mövsüm “Barselona”nın tərkibidə 12 oyun keçirən 25 yaşlı de Yonq 1 qol vurub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB