İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında sərbəst güləşçimiz Xadjimurad Qadjiyev finala vəsiqə qazanıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda moldovalı Vasili Diakona 4:3 hesabı ilə qalib gəlib.
Azərbaycan güləşçisi finalda iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə gücünü sınayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB