Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində start götürən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Tçkayev (81 kq) bürünc medal qazanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tatami ustası üçüncü yer uğrunda görüşdə Abılayxan Jubanazar (Qazaxıstan) üzərində qələbə qazanıb.

Xatırladaq ki, bundan əvvəl komandamızın üzvü Balabəy Ağayev (60 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 13 idmançı ilə təmsil olunur.

Yarışa oktyabrın 23-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə