UEFA Rusiyayanın Sankt-Peterburq şəhərində Çempionlar Liqasının finalını (“Liverpul” – “Real Madrid”) siyasi səbəblərə görə pozduğuna görə təzminat ödəyib. SİA “Sport-Ekspress”-ə istinadən xəbər verir ki, bu barədə finala hazırlıq üzrə təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin bildirib.
“UEFA-dan verilən kompensasiyalar podratçılara ödənilib. Artıq sual bağlıdır. UEFA-nın indi heç nə borcu yoxdur”, - deyə Sorokin bildirib.
Onun sözlərinə görə, heç bir çətinlik olmayıb, sadəcə, məbləğ uzun müddət müzakirə olunub. Müzakirələr “normal və işlək” şəraitdə baş tutub.
Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar UEFA mayın 28-də Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan final oyununu, yəni matçın keçirilməsi hüququnu ruslardan aldı.
Rusların sonradan yazdığına görə, Parisdə “Stad de Frans” stadionunda keçirilən final görüşü çox böyük dava-dalaşla başa çatıb. Buna görə də Fransa polisi cinayətkarlara hücum edib.
Hücum zamanı gözyaşardıcı qazdan istifadə edildiyi, dəyənəklərrin işə düşdüyü və hətta bıçaqlanma hallarının da baş verdiyi bildirilir.
...Məgər bu Sankt-Peterburqda baş verə bilməzdi?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB