Dünya çempionatlarında bir oyunda ən çox qol vuran futbolçular açıqlanıb
Dünya çempionatlarının final mərhələlərində bir oyunda ən çox qol vuran futbolçular bəlli olub.
SİA Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Rusiya yığmasının sabiq hücumçusu Oleq Salenko qərarlaşıb.
53 yaşlı keçmiş forvard 1994-cü ildəki mundialın qrup matçında Kamerunu 6:1 hesabı ilə məğlub etdikləri görüşdə 5 qola imza atıb.
Digər 6 oyunçu bir qarşılaşmada 4 dəfə fərqlənə bilib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB