Ronaldu 720 min funt-sterlinq cərimələnəcək

Ronaldu 720 min funt-sterlinq cərimələnəcək

İngiltərənin “Mançester Yunayted” klubu 37 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək. SİA xəbər verir ki, bu barədə “TalkSport” məlumat yayıb.

Buna səbəb onun İngiltərə çempionatının son turunun “Tottenhem”lə oyunun sonunda davranışı olub. Ronaldu oyunun 90-cı dəqiqəsində ehtiyat oyunçular skamyasını tərk edib.

Ronaldu həmçinin, İngiltərə çempionatının 13-cü turunun oktyabrın 22-də keçiriləcək Londonun "Çelsi" klubu ilə oyununda "Mançester Yunayted"in heyətində yer almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə