Ukrayna millisinin və “Şaxtyor”un hücumameyilli yarımmüdafiəçisi Mixaylo Mudrikə transfer bazarında böyük tələbat var.
Rəsmi veb saytı olan “Todofiçayes”in məlumatına görə, Kataloniya “Barselona”sı indi də 21 yaşlı ukraynalı futbolçunun xidmətində maraqlıdır.
Hazırda ukraynalı istedada diqqət çəkən “Barselona”nın prezidenti Joan Laporta onu yanvarda transfer pəncərəsində imzalamağa hazırlaşır.
Qeyd edək ki, bir müddət bundan əvvəl “Real Madrid” və bir neçə İngiltərə top-klubları da Mudriklə maraqlanırmış. Verilən xəbərlərə görə, “Şaxtyor” da Mixaili satmağa hazırdır və artıq ona qiymət etiketi də qoyub.
Belə ki, futbolçunu satacağı təqdirdə Ukrayna klubu satışdan 50 milyon avro qazanmağı gözləyir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB